Əhədov Kərim Məzahir oğlu 02.12.1954-cü ildə Lənkəran rayonun Mamusta kəndində anadan olmuşdur. 1972-1978-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. 2002-2005-ci ildə Elmi Tədqiqat mamalıq və ginekologiya institunda Ambulator-Diaqnostika şöbəsində Andrologiya üzrə işləmişdir. 2011-ci ildə Akdeniz Universitesi Tip fakultesində çalışmış və eyni zamanda ixtisasartırma oxumuşdur. Bir çox xarici ölkələrdə konqreslərdə iştirak etmiş və həmin ölkələrin klinkalarında çalışmışdır. Tibb Universiteti tələbələri üçün dərslik, bir çox mövzularda kitablar, metodik vəsaitlər və elmi məqalələrin yazıçısıdır. Lənkəran Dövlət Universitetində, Avrora qəsəbə xəstəxanasında, Mamusta kənd xəstəxanasında, Çinar-Rus Diaqnostikasında, Lənkəran Mərkəzi Xəstəxanasında və 2020-ci ildən Medican Hospitalda həkim Uroloq-androloq kimi çalışır. Evlidir, 3 övladı var.