Həkimlər

Bağırova Elnarə Sərdar qızı 1984-cü ildə anadan olub.
2002-2007-ci  illərde Azerbaycan Tibb Universitetinin Tibbi biologiya fakultesində təhsil alıb.
2007-2008-ci illərdə Azərsu tikinti xəstəxanasında həkim funksional diaqnostik ixtisası üzrə  internatura keçib.
2008-2010-ci illərdə Ozon tibb mərkəzində həkim radioloq (usm)  işləyib.
2010-2014-cu illərdə Dialab və Memorial tibb mərkəzlərində həkim radioloq işləyib.
2014-cü ildən Medican Hospitalda həkim radioloq olaraq işləyir.
Bir çox beynəlxalq seminar və konfranslarda iştirak edib.

Dr. Bağırova Elnarə

Əzizov Vüsal Mirağa oğlu 02.11.1983-ci ildə Lənkəran rayonunun Liman qəsəbəsində anadan olmuşdur. 2001-2006 ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi biologiya fakultəsində oxumuşdur. 2006-2007-ci ildə Lənkəranda Onkoloji dispanserdə internatura keçmişdir. 2007-2019-cu illərdə Lənkəran Müalicə Diaqnostika mərkəzində həkim-radioloq vəzifəsində işləmişdir.

2019-cu ildən Medican Hospitalda həkim-radioloq kimi çalışır.

Ailəlidir, 3 övladı var.

Dr. Əzizov Vüsal